Bir gündə 4 gümüş medal qazandıq - Yenilənib

Bir gündə 4 gümüş medal qazandıq - Yenilənib
  23 İyun 2015    Oxunub:3040
Avropa Oyunları çərçivəsində sambo yarışlarında qadın samboçularımızdan 52 kq-dək çəki dərəcəsində çıxış edən Nəzakət Xəlilova qızıl medal uğrunda final görüşündə Rusiya samboçusu Anna Xaritonova ilə qarşılaşıb.

Gərgin mübarizə şəraitində keçən qarşılaşmada samboçumuz Rusiya təmsilçisinə ciddi müqavimət göstərsə də, A.Xaritonova daha güclü olduğunu sübut edib və vaxtından əvvəl tam üstünlüklə qalib gəlib. N.Xəlilova isə Avropa Oyunlarının gümüş medalını qazanıb.

***

Azərbaycanın sambo üzrə yığmasının üzvü İslam Qasımov finalda rusiyalı Aymerqen Atkunova məğlub olub.

Həlledici görüş həmyerlimiz üçün uğurlu alınmayıb (0:1) və o, gümüş medalla kifayətlənib.

***

Kişilər arasında 100 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan Avropa çempionu Vasif Səfərbəyov final qarşılaşmasında Rusiya idmançısı, Avropa və üçqat dünya çempionu, dünya kuboku yarışlarının üçqat qalibi Artyom Osipenkoya uduzaraq gümüş medalla kifayətlənməli olub.

***

Kişilər arasında 74 kiloqram çəki dərəcəsində mübarizə sambo üzrə Avropa və dünya çempionu, dünya kuboku yarışlarının qalibi Amil Qasımov finalda Belarus idmançısı Stepan Papova uduzaraq yarışı ikinci pillədə başa vurub.


Teqlər:  





Xəbər lenti