`Hakimlərin səhvləri idmançılara mane olur` - Açıqlama
“Biz özümüzə inanırdıq və bu, baş verdi. Bədii gimnastikada böyük rəqabət var. Nəhayət, biz xidmət etdiyimiz nəticəyə nail olduq”.
Hakimlərin Azərbaycan gimnastları ilə bağlı qeyri-obyektiv qiymətləndirməsinə qarşı tamaşaçıların etirazına münasibət bildirən A.Həsənov vurğulayıb ki, tez-tez hakimlərin səhvləri və qeyri-obyektivlik idmançıların çıxışlarına mane olur:
“Daha çox tamaşaçılar yarışlara gəlir və gimnastikanı, o cümlədən bədii gimnastikanı daha yaxşı anlayır. Bu, çox sevindiricidir. Hakimlər qeyri-obyektiv olan zaman tamaşaçılar bunu başa düşür və öz etirazlarını bildirirlər. Bu, bütün dünyada baş verən təbii prosesdir”.
Onun sözlərinə görə, Marina Durundanın bədii gimnastika üzrə qazandığı gümüş medal qızıla bərabərdir: “Rusiya gimnastları dünyanın ən güclüləridir. Ona görə də gümüş bizim üçün qızıla bərabərdir. Biz bu gün çox xöşbəxtik ki, nəhayət buna nail olduq”.
Teqlər: