Bakıda hakimi fitə basdılar - Etiraz

Bakıda hakimi fitə basdılar - Etiraz
  22 İyun 2015    Oxunub:4210
Bakıda keçirilən Avropa Oyunları çərçivəsində bu gün Milli Gimnastika Arenasında idmançıların çıxışını izləməyə gəlmiş tamaşaçılar Avropa Gimnastika İttifaqının Bədii gimnastika üzrə Texniki Komitəsinin prezidenti Hayde Brunederi fitə basıblar.

Trend-in məlumatına görə, tamaşaçılar H.Brunederi medalların təqdim olunması mərasimi zamanı fitə basıblar.

Bununla tamaşaçılar Azərbaycan gimnastı Marina Durundanın çıxışı ilə bağlı qeyri-obyektiv hakimliyə etirazlarını bildiriblər.


Teqlər:





Xəbər lenti