Günün ilk medalı - gümüş qazandıq

Günün ilk medalı - gümüş qazandıq
  20 İyun 2015    Oxunub:2662
Milli Gimnastika Arenasında idman gimnastikasının çoxnövçülük yarışlarında iki hərəkət üzrə qaliblərin mükafatlandırılması mərasimi keçirilib.
Gimnastika atında hərəkətlərdə Azərbaycan təmsilçisi Oleq Stepko (14,600) gümüş medala sahib olub. Qızıl medalı sloveniyalı Saso Bertoncej (14,966), bürünc medalı isə ingiltərəli Brin Bevan (14,200) əldə edib.

Sərbəst hərəkətlərdə ispaniyalı Zapata Santana (15,333) ən yüksək nəticə göstərərək qalib olub. Almaniyalı Fabian Hamburken (15,100) ikinci olub, rusiyalı David Belavski (15,000) üçüncü yerə layiq görülüb.

Qadınlar arasında dayaqla tullanma hərəkətlərdə isə qızıl medal isveçrəli Guliya Stengburgerə (14,999) nəsib olub. Gümüş medalı rusiyalı Seda Tutkalyan (14,683), bürünc medalı isə Niderland gimnastı Lisa Top (14,016) qazanıb.

Qaliblərə medalları "Bakı-2015" birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva təqdim edib.

Qızıl medal qazanmış ölkələrin himni səsləndirilib, dövlət bayraqları ucaldılıb.


Teqlər:  





Xəbər lenti