13-cü qızıl medalı qazandıq
Səksən kiloqramdan yuxarı çəki dərəcəsi üzrə final görüşündə Azərbaycan taekvondoçusu Radik İsayev rusiyalı Vladislav Larini 4:3 hesabı ilə məğlub edərək birinci Avropa Oyunlarının çempionu olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri final qarşılaşmasını izləyiblər.
Qeyd edək ki, yarışda dörddəbir final mərhələsindən birbaşa mübarizəyə qoşulan Radik İsayev həlledici qarşılaşmaya gedən yolda niderlandlı Yeroen Vanroiyu və sloveniyalı İvan Konrad Trajkoviçi mübarizədən kənarlaşdırıb.