Bakı-2015: Bu gün hansı yarışlar var?

Bakı-2015: Bu gün hansı yarışlar var?
  19 İyun 2015    Oxunub:2574
Bu gün Bakı-2015 Avropa Oyunları çərçivəsində yarışların 8-ci günü başlayır.
Bu gün kamandan oxatma, çimərlik voleybolu, boks, suya tullanma, akrobatika, aerobika, batut gimnastikası, bədii gimnastika, atıcılıq, stolüstü tennis, taekvondo, voleybol və su polosu üzrə yarışlar keçiriləcək.

Oyunların 8-ci günü çərçivəsində 11 dəst medal oyanılacaq: 2-si suya tullanma, 2-si akrobatika gimnastikası, 1-i bədii gimnastika, 2-si atıcılıq, 2-si stolüstü tennis, 2-si isə taekvondoda.

Azərbaycan idmançıları stolüstü tennis və su polosundan başqa, gün ərzində bütün yarışlarda qüvvələrini sınayacaqlar.

19 iyun

09:00. Atıcılıq
Qadınlar, 50 metrdən 3 vəziyyətdə tüfəng ilə atəş
Qadınlar, 25 metrdən tapança ilə atəş, təsnifat mərhələsi
Kişilər, qoşa səngər stendi
Bakı Atıcılıq Mərkəzi

09:00. Kamandan oxatma
Qadınlar, fərdi, 1/32 final
Tofiq Bəhramov adına Respublika stadionu

09:00. Taekvondo
Qadınlar, +67 kq
Kişilər, +80 kq
Bakı Kristal Zalı

09:00. Voleybol
Qadınlar A qrupu
Rumıniya - Türkiyə
Bakı Kristal Zalı

10:00. Suya tullanma
Qadınlar, tramplin, 1 m
Kişilər, sinxron tramplin, 3 m
Bakı Su İdmanı Mərkəzi

10:00. Akrobatika
Qadınlar, qrup çoxnövçülüyü, final
Qarışıq cütlüklər, çoxnövçülük, final
Milli Gimnastika Arenası

10:00. Bədii gimnastika
Fərdi çoxnövçülük, final mərhələsi
Həlqə, top, gürzlər, lent, təsnifat mərhələsi
Milli Gimnastika Arenası

10:00. Çimərlik voleybolu
Kişilər, qrup və seçmə mərhələsi
Qadınlar, 1/4 final
Çimərlik Arenası

11:00. Voleybol
Qadınlar B qrupu
Bolqarıstan - Xorvatiya
Bakı Kristal Zalı

11:00. Stolüstü tennis
Qadınlar, fərdi yarışlar
Kişilər, fərdi yarışlar
Bakı İdman Zalı

12:00. Su polosu
Kişilər, 11-ci yer uğrunda
Slovakiya - Rumıniya
Vaterpol Arenası

12:30. Boks
1/8 final
Qadınlar, 51 kq, 75 kq
Kişilər, 49 kq, 56 kq, 81 kq, +91 kq
Bakı Kristal Zalı

13:30. Su polosu
Kişilər, 9-cu yer uğrunda
Monteneqro - Fransa
Vaterpol Arenası

14:30. Voleybol
Qadınlar B qrupu
Serbiya - Hollandiya
Bakı Kristal Zalı

15:00. Su polosu
Kişilər, 5-8-ci yerlər uğrunda
Rusiya - Almaniya
Vaterpol Arenası

16:30. Voleybol
Qadınlar A qrupu
Polşa - İtaliya
Bakı Kristal Zalı

17:30. Su polosu
Kişilər, 5-8-ci yerlər uğrunda
Macarıstan - İtaliya
Vaterpol Arenası

19:00. Batut gimnastikası
Kişilər, sinxron hərəkətlər
Qadınlar, sinxron Hərəkətlər
Milli Gimnastika Arenası

19:00. Su polosu
Kişilər, Yarımfinal
İspaniya – Xorvatiya
Vaterpol Arenası

19:15. Aerobika gimnastikası
Qruplar, təsnifat
Milli Gimnastika Arenası

20:00. Voleybol
Qadınlar A qrupu
Azərbaycan - Belçika
Bakı Kristal Zalı

20:30. Su polosu
Kişilər, Yarımfinal
Yunanıstan - Serbiya
Vaterpol Arenası

22:00. Voleybol
Qadınlar B qrupu
Almaniya – Rusiya
Bakı Kristal Zalı



Teqlər:





Xəbər lenti