“Ayxandan qızıl medal gözləmirdik” - Vitse-prezident

“Ayxandan qızıl medal gözləmirdik” - Vitse-prezident
  18 İyun 2015    Oxunub:2605
“Ayxan Tağızadə gənc taekvondoçudur. O 68 kiloqram çəki dərəcəsində döyüşür. Bu, taekvondoda ən çətin çəki dərəcəsidir”.
Bunu AzVision.az-a açıqlamasında Azərbaycan Taekvondo Federasiyasının birinci vitse-prezidenti Füzuli Musayev deyib.

Vitse-prezident bildirib ki, Ayxan yaşının az olmasında baxmayaraq, ümidləri doğrultdu.

“Onun finalda polşalı idmançı üzərində qələbə qazanması bizi çox sevindirdi. Finala qədər çox ağır görüşlər keçirdi. Biz ondan medal gözləyirdik, amma qızıl medalı qazanacağını gözləmirdik. Çox çətin yarış idi.

Bu qələbə bütün taekvondo aləminə sevinc gətirdi. Buradan da Ayxan Tağızadəni təbrik edirəm. Artıq taekvondoçuların iki medalı var. Bu gün yarışa çıxacaq idmançılarımız da güclüdür və hər birindən medal gözləyirik. Düşünürəm ki, bu iki gündə də taekvondoçularımız medal qazanacaq”.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti