“Çempion olmaq istəyirdim, amma alınmadı”

“Çempion olmaq istəyirdim, amma alınmadı”
  18 İyun 2015    Oxunub:2239
I Avropa Oyunlarında 74 kq çəki dərəcəsində bürünc medal qazanan güləşçimiz Cəbrayıl Həsənov belə bir nəticəni gözləmədiyini deyib.

AzVision.az xəbər verir ki, güləşçimiz çempion olmaq arzusu ilə döyüşlərə başladığını bildirib.

“Öz doğma torpağımda çempion olmaq istəyirdim. Bu arzu ilə meydana çıxmışdım. Təəssüf ki, alınmadı. İnşallah gələcək yarışlarda qızıl medal qazanarıq. Azarkeşlərə bizi belə dəstəklədikləri üçün təşəkkür edirəm”.

Qeyd edək ki, “Bakı 2015” I Avropa Oyunlarında 74 kq çəki dərəcəsində Azərbaycanı təmsil edən Cəbrayıl Həsənov bürünc medal qazanıb.

Anar Kəlbiyev


Teqlər:





Xəbər lenti