Bu gün Avropa Oyunlarında 49 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycanın qadın taekvondoçusu Patimat Abakarova bürünc medal qazanıb.
İdmançımız italiyalı taekvondoçu Erika Nikoli ilə qarşılaşıb. Rəqibindən üstün döyüş nümayiş etdirən təmsilçimiz vaxtından əvvəl - 13:0 hesabı ilə qələbə qazanaraq Avropa Oyunlarının bürünc mükafatçısı olub.