Anjela Doroqan qızıl medal uğrunda görüşdə Polşa təmsilçisi Roksana Zasinaya qalib gələrək çempion olub.
Qeyd edək ki, yarışda 53 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan çempionu ilk görüşdə türkiyəli Merve Kengerə qalib gəlib. Dörddəbir finalda macarıstanlı Mersedes Denesi məğlub edən Anjela Doroqan yarımfinalda Moldova təmsilçisi Nataliya Bududan üstün olub.
Fotolar: Nuron Məmmədov
AzVision.az