Boks yarışlarına start verildi

Boks yarışlarına start verildi
  16 İyun 2015    Oxunub:2156
İyunun 16-da "Baku Cristal Hall"da "Bakı-2015" birinci Avropa Oyunlarının boks yarışlarına start verilib.
İlk olaraq rinqə 52 kiloqram çəki dərəcəsində mübarizə aparan boksçular çıxıblar. Bu çəki dərəcəsində İrlandiya, Belarus, Macarıstan, Polşa, Böyük Britaniya və Moldova təmsilçiləri çıxış edirlər.

Günün birinci yarısında 52, 60, 90 kiloqram, günün ikinci yarısında isə 56, 64, 75 və 91 kiloqram çəki dərəcələrində görüşlər keçiriləcək.

Qeyd edək ki, bu gün Azərbaycan idmançıları rinqə çıxmayacaqlar.


Teqlər:





Xəbər lenti