Abakarova yarımfinalda uduzdu - Yenilənib
P.Abakarova ilk oyununu rusiyalı Aleksandra Liçagina, M.Məmmədov isə İsrail idmançısı Gili Haymoviçə qarşı keçirəcək.
**
Taekvondo yarışları üzrə Azərbaycanı təmsil edən Patimat Abakarova rusiyalı rəqibi Aleksandra Liçaqinaya qarşı keçirdiyi ilk oyunda 7:1 hesabı ilə qalib gəlib. Bununlada o, 4/1 final mərhələsinə çıxıb.
Növbəti mərhələdə onun rəqibi Yunanıstan təmsilçisi İonna Kutsu olacaq.
**
Taekvondo yarışlarında Azərbaycanı təmsil edən Məhəmməd Məmmədov ilk görüşdə israilli Gili Haimovitsi 7:4 hesabı ilə məğlub edib. AzVision.az xəbər verir ki, 58 kq çəki dərəcəsində mübarizə aparan döyüşçümüz növbəti mərhələyə vəsiqə qazanıb.
**
58 kq çәki dәrәcәsindә Mәhәmmәd Mәhәmmәdov israilli Gil Xaimstovla mübarizə aparıb və 7-4 hesabı ilə qələbə qazanıb. 1/4 final mərhələsində ispan idmançı Tortosa Kabrera ilə mübarizə aparan Məhəmmədov 8-3 hesabı ilə uduzub.
**
Taekvondo yarışlarında ölkəmizi təmsil edən Patimat Abakarova tatamiyә çıxıb. Qadın taekvondoçumuz Patamet Abakarova rusiyalı Aleksandra Liçaqina ilә qarşılaşıb. O, rəqibinə qalib gəlib.
Yunansıtanlı idmançı İoanna Koutsou ilə görüşən Patamet Abakarova gərgin mübarizədən qalib çıxıb. Belə ki, Patamet Abakarova rəqibini 4-2 hesabı ilə məğlub edərək yarım finala çıxıb.
**
Taekvondo yarışlarında ölkəmizi təmsil edən Patimat Abakarova növbəti dəfə tatamiyә çıxıb. O, yarımfinal qarşılaşmasında Serbiya idmançısı Tijana Bogdanla qarşılaşıb.
Normal vaxt 6-6 başa çatıb. Qızıl xalı qazana bilməyən idmançımız döyüşü 6-7 hesabı ilə məğlub olub. Abakorova bürünc medal uğrunda döyüşdə iştirak edəcək.
AzVision.az