Çempiondan ilk açıqlama: `Sümüyüm sındı`
Fəxri kürsünün ən yuxarı pilləsində yer alan idmançımız bildirib ki, ən böyük arzusu həyata keçib: “Çox şükürlər olsun ki, bu gün arzum həyata keçdi. Hamıya təşəkkür edirəm. İlk növbədə atama, anama məni idmana gətirdikləri üçün minnətdaram. Öz müəllimimə, ümumiyyətlə, zəhməti olan hər kəsə təşəkkür edirəm. Hörmətli, cənab prezidentə öz təşəkkürümü bildirirəm ki, belə bir şərait yaratdı və biz öz sözümüzü dedik. Bayrağımızı yüksəldib, himnimizi səsləndirdiyim üçün şükür edirəm. Hər məşqdən sonra himnimizi oxuyurduq və bu da bizə stimul verirdi”.
Mamayev görüşlərin birində ciddi zədə aldığını, ancaq buna rəğmən mübarizəni davam etdirdiyini vurğulayıb: “İkinci döyüşdə Ukraynadan olan rəqibim məni bərk əzdi, üz nahiyəmdə sümüyüm sındı. Amma buna baxmayaraq, mübarizəni sona qədər davam etdirdim və bayrağımızı yüksəltdim. Düşünürəm ki, bura gələn rəqiblərin heç biri zəif deyildi”.
(Apa)