İdmançılarımız daha iki medal qazandı - Yenilənib

İdmançılarımız daha iki medal qazandı - Yenilənib
  15 İyun 2015    Oxunub:2257
Azərbaycan güləşçiləri Avropa Oyunlarında daha bir bürünc medal qazanıblar.
Yunan-Roma güləşi yarışlarında 66 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Həsən Əliyev 3-cü yer uğrunda görüşdə Serbiya idmançısı Aleksandar Maksimoviç ilə qarşılaşıb.

Rəqibindən daha üstün güləş nümayiş etdirən pəhləvanımız qarşılaşmada 4:0 hesabı ilə qalib gələrək Avropa Oyunlarının bürünc medalını qazanıb.

Qeyd edək ki, yarışların ilk günündə güləşçilərimiz bir dəst medal qazanıb. Rəsul Çunayev (71 kq) qızıl, Rafiq Hüseynov (80 kq) gümüş və Elman Muxtarov (59 kq) bürünc medala sahib olub.

***

İyunun 14-də Bilgəh çimərliyində birinci Avropa Oyunlarında triatlon yarışı başa çatıb.

Kişilər arasında keçirilən yarışda Azərbaycan triatlonçusu Rostislav Pevtsov 1 saat 49 dəqiqə 4 saniyəlik nəticə ilə mübarizəni üçüncü sırada başa vuraraq bürünc medal qazanıb.

Birinci Avropa Oyunlarının çempionu britaniyalı idmançı Benson Qordon olub. O, çempionluğu 1 saat 48 dəqiqə 31 saniyəlik nəticə ilə qazanıb. Portuqaliyalı Joao Silva 1 saat 48 dəqiqə 42 saniyə ilə ikinci yeri tutub.

Çempion Benson Qordon “Rio-2016” Yay Olimpiya Oyunlarının triatlon yarışında birbaşa iştirak etmək hüququ qazanıb.


Teqlər:  





Xəbər lenti