5-ci qızıl medalı qazandıq - Yenilənib

5-ci qızıl medalı qazandıq - Yenilənib
  15 İyun 2015    Oxunub:6334
Azərbaycan karateçiləri birinci Avropa Oyunlarında üçüncü qızıl medalı qazanıblar.

Qadınlar arasında kumite yarışlarında 68 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan idmançısı İrina Zaretska finalda avstriyalı Alisiya Tereza Buxingeri 8:1 hesabı ilə məğlub edərək birinci yeri tutub. Yarışda üçüncü yerə isə Monteneqro atleti Marina Rakoviç çıxıb.

Medalları atletlərə Avropa Karate Federasiyasının vitse-prezidenti Jiri Boçek təqdim edib.

Mərasimdə Azərbaycanın dövlət himni səsləndirilib.

Hazırda Azərbaycan komandasının hesabında 4 qızıl, 1 gümüş 4 bürünc medal var. Komandamız medalların sayına görə birinci Avropa Oyunlarında liderlik edir.

***

Azərbaycan karateçiləri birinci Avropa Oyunlarında beşinci qızıl medalı qazanıblar.

Kişilər arasında kumite yarışlarında 84 kiloqram çəki dərəcəsində mübarizə aparan Azərbaycan idmançısı Ayxan Mamayev finalda yunanıstanlı atlet Georgius Mikail Tzanosu 2:1 hesabı ilə məğlub edərək birinci yeri tutub.

Yarışda bürünc medalı türkiyəli atlet Uğur Aktaş qazanıb.







Teqlər:  





Xəbər lenti