Azərbaycan 7 medalla ikincidir
Azərbaycanlı idmançıların qələbə ilə başa vurduqları günün icmalı:
Qızıl medalı kişilər arasında keçirilmiş 75 kq-dək kumite yarışinda Rəfael Ağayev qazanıb. Onun rəqibi İtaliyanı təmsil edən Luigi Busa olub və yarış 1-0 xal hesabında həmyerlimizin qələbəsi ilə başa çatıb.
Karate yarışları üzrə əldə edilmiş qızıl medalın sahiblərindən biri də Firdovsi Fərzəliyevdir. Azərbaycanlı karateçi 60 kq-dək çəki dərəcində rəqibi italyan Luka Mareskanı 4-0 xal hesabı ilə məğlub edib.
Növbəti qızıl medalı kişilər arasında baş tutmuş 71 kq çəki dərəcəsi üzrə güləş yarışlarında Rəsul Çunayev əldə edib. Macar Korpası Balintə qarşı mübarizədə 3-1 hesabı ilə qələbə qazanıb.
Rafiq Hüseynov kişilər arasında 80 kq çəki dərəcəsi yarışında gümüş medala layiq görülüb. O, rusiyalı güləşçi Yevgeniy Saleyevi 4-0 xal hesabı ilə məğlub edib.
Kişilər arasında baş tutmuş 59 kq-dək çəki dərəcəsi üzrə güləş yarışlarında Azərbaycanı təmsil edən idmançı Elman Muxtarov, 4-1 xal hesabl ilə erməni Stepan Maryanyanı məğlub edərək bürünc medala sahiblənib.
Bürünc medalı qazanan digər həmyerlimiz Niyazı Əliyevdir. O kişilər arasında 67 kq-dək çəki dərəcəsi üzrə karate idman növünün kumite yarışlarında alman idmançı Rikardo Giglerə qarşı mübarizədə əldə edib.
Növbəti bürünc medal karate idman nüvünün kumite yarışları üzrə İlahə Qasımovadan gəlib. O, rəqibi ispan idmançı Ferrer Garsia Kristina ilə qarşılaşmada 5-2 xal hesabı ilə bürünc medal qazanaraq qadınlar arasında 55 kq-dək çəki dərəcəsi üzrə yarışlarda üçüncü yerdə qərarlaşıb.