`Çox xoşbəxtəm` - Çempion Fərzəliyev

`Çox xoşbəxtəm` - Çempion Fərzəliyev
  13 İyun 2015    Oxunub:2352
“Mən komandamıza ilk qızıl medalı qazandırdığıma görə çox xoşbəxtəm. Bu hissi sözlə ifadə etmək çox çətindir”.
AzVision.az xəbər verir ki, bu sözləri apasport.az saytına karate üzrə yığma komandamızın üzvü Firdovsi Fərzəliyev deyib. Fərzəliyev Azərbaycan millisinin heyətində Bakı-2015 I Avropa Oyunlarında ilk qızıl medalı qazanan idmançı olub.

60 kq çəkidə rəqib tanımayan karateçi bildirib ki, uğurunun təməlində yorulmadan etdiyi məşqlər və özünəinam dayanır: “Başda Rəhman müəllim olmaqla bütün müəllimlərinə təşəkkür edirəm. Bu medal 6 ay yorulmadan etdiyimiz məşqlərin nəticəsidir”.


Teqlər:  





Xəbər lenti