Firdovsi Fərzəliyev çempion oldu

Firdovsi Fərzəliyev çempion oldu
  13 İyun 2015    Oxunub:5039
Azərbaycanlı karateçi Firdovsi Fərzəliyev Bakı-2015 Birinci Avropa Oyunlarında çempion olub.

60 kq çəki dərəcəsində döyüşən karateçimiz final mərhələsində İtaliyadan olan idmançı Luka Mareska ilə qarşılaşıb. İdmançımız 4:0 hesabı ilə qalib gəldi. Bununla da Azərbaycan yarışın ikinci günündə ilk qızıl medalını qazandı.

67 kq çəkidə digər karateçimiz Niyazi Əliyev Almaniyadan olan Rikardo Qiqqler ilə bürünc medal uğrunda mübarizə aparıb. İdmançımız 3:1 hesabı ilə qalib gəlib.

AzVision.az



Teqlər:  





Xəbər lenti