Məşəl Siyəzəndə

Məşəl Siyəzəndə
  05 İyun 2015    Oxunub:2007
Birinci Avropa Oyunlarının məşəli şimal regionuna səfərini başa vurub.
İyunun 5-də Siyəzən sakinləri şəhərin Heydər Əliyev prospektində qurulan Oyunların rəmzi qapısında məşəli qəbul ediblər.

Məşəli cüdo üzrə gənclər arasında Azərbaycan çempionu Bəsti Səfərova qəbul edib. Bundan sonra 11 məşəlçinin yürüşünə start verilib.

Onlar növbə ilə məşəli bir-birinə ötürərək Heydər Əliyev prospekti boyunca 2 min 700 metr məsafəni qət etməklə şəhərin mərkəzinə gəliblər. Mərkəzi kitabxananın qarşısında quraşdırılan səhnəyə qalxan boks üzrə Azərbaycan çempionu Ruslan Qasımov məşəli alovlandırıb. Məşəlin alovlandırılmasını izləyən siyəzənlilər bu tarixi hadisəni alqışlarla qeyd ediblər.

Sonra qaydasız döyüş üzrə üçqat dünya çempionu İlqar Hüseynov Avropa Oyunlarının çırağını yarışlar başa çatanadək saxlanılmaq üçün Heydər Əliyev Mərkəzinin direktoru Ramilə Seyidovaya təhvil verib.

Bununla da Siyəzən birinci Avropa Oyunlarının məşəlinin alovlandırıldığı 58-ci yaşayış məntəqəsi olub.

Birinci Avropa Oyunlarının məşəli Xırdalan şəhərinə yola salınıb.


Teqlər:





Xəbər lenti