Çingiz Abdullayev baş məşqçini işdən qovdu

Çingiz Abdullayev baş məşqçini işdən qovdu
  04 İyun 2015    Oxunub:4088
Azərbaycan Kubokunun finalı çərçivəsində baş tutmuş “Qarabağ” – “Neftçi” matçından dərhal sonra “Neftçi” PFK-nın Müşahidə Şurasının iclası keçirilib.
Müşahidə Şurasının sәdri Çingiz Abdullayevin rəhbərliyi ilə baş tutmuş toplantıda şura üzvləri – Cəbrayıl Cəbrayılov, Səməd Qurbanov, Mübariz Zeynalov, Bəhram Bağırzadə, klubun icraçı direktoru Elnur Məmmədov, idman direktoru Vəli Qasımov və icraçı direktorun müavini Mübariz Xudiyev iştirak ediblər.

Toplantıda qəbul edilmiş qərara əsasən “Neftçi” futbol komandasının baş məşqçisi Arif Əsədovla və məşqçilər korpusu ilə yollar ayrılıb.

Əsas komandanın baş məşqçisi vəzifəsi müvəqqəti olaraq Samir Əliyevə həvalə edilib.

Məlumat üçün bildirək ki, Samir Əliyev bu mövsüm “Neftçi” PFK-nın əvəzedici heyəti ilə ölkə çempionatının bürünc medallarını qazanıb.

Peşəkar futbolçu karyerası ərzində 31 dəfə əsas milli komandanın heyətində meydana çıxmış Samir Əliyev 112 oyunda “Neftçi”nin formasını geyinib. Ukrayna və Rusiyada legioner həyatı yaşamış hücumçu “Volın” və “Uralan” klublarında da çıxış edib.


Teqlər:





Xəbər lenti