Tərtərdə taxıl, Şəki də yük avtomobili yanıb

Tərtərdə taxıl, Şəki də yük avtomobili yanıb
  31 May 2015    Oxunub:2142
Tərtər rayonunun Şıxarx qəsəbəsində vətəndaşa məxsus 10 ha biçilməmiş taxıl sahəsinin 1 ha yanıb.
Biçilməmiş taxıl sahəsinin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 17:23-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Eyni zamanda Şəki rayonunun Şəki-Yevlax yolunda vətəndaşa məxsus "URAL" markalı yük avtomobilinin yanar hissələri, banına yığılmış 6 ton ot bağlamasının 3 və avtomobilin ətrafında 200 kv.m sahədə quru ot yanıb. Ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 16:43-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

AzVision.az


Teqlər:  





Xəbər lenti