Blatter beşinci dəfə FİFA prezidenti seçildi

Blatter beşinci dəfə FİFA prezidenti seçildi
  30 May 2015    Oxunub:1901
Yozef Blatter beşinci dəfə FİFA-nın prezidenti seçilib.
AzVision.az xəbər verir ki, İordaniya şahzadəsi Əli bin əl-Hüseyn ikinci turda iştirakdan gözlənilmədən imtina edib.

Qeyd edək ki, Sürixdə FİFA-nın yeni prezidentinin seçkiləri keçirilib. Federasiyanın rəhbəri postu uğrunda indiki prezident Yozef Blatter və İordaniya şahzadəsi Əli bin əl-Hüseyn mübarizə aparıb.

Səsvermə FİFA-da korrupsiya qalmaqalı və təşkilatın bir sıra yüksək vəzifəli məmurlarının həbsi fonunda keçirilib.

ABŞ başda olmaqla, Y.Blatterin əleyhdarları onun beşinci müddətə seçilməsinə imkan verməyəcəklərini gizlətmirdilər.


Teqlər:  





Xəbər lenti