Bakıda 5 yaşlı qız yoxa çıxdı - FOTO

Bakıda 5 yaşlı qız yoxa çıxdı - FOTO
  29 May 2015    Oxunub:1828
Bakıda azyaşlı qız itib. 5 yaşlı Qələndərova Aişə Füzuli qızının yaxınlarının Ans-ə verdiyi məlumata görə, A.Qələndərova həyətdə oynayarkən qəfildən yoxa çıxıb.

Hadisə bu gün saat 15-16 radələrində baş verib.

5 yaşlı Qələndərova Aişə Füzuli qızının əynində çəhrayı rəngdə köynək və qırmızı şalvar olub.

Qızın itkin düşməsi ilə bağlı Pirallahı polis şöbəsinə müraciət edilib.


Teqlər:





Xəbər lenti