Astarada 6 otaqlı ev yandı

Astarada 6 otaqlı ev yandı
  29 May 2015    Oxunub:1561
Astarada yanğın hadisəsi qeydə alınıb.

AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonun Şiyəkəran kəndində (rayon mərkəzindən 20 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 288 kv.m olan ikimərtəbəli 6 otaqlı evdə baş verib.

Yanğın nəticəsində evin bir otağının yanar konstruksiyaları və dam örtüyü 20 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.


Teqlər:





Xəbər lenti