Bakıda media tur keçirilib
Sonra Sergio Raventos Rodenas mərkəzin fəaliyyəti barədə məlumatları xəritə vasitəsilə media nümayəndələrinin diqqətinə çatdırıb.
Xaricdən böyük texniki heyətin gəldiyini bildirən Beynəlxalq İdman Yayımı şirkətinin baş idarə heyətinin üzvü Qustava Karrera hazırlığın yüksək səviyyədə getdiyini bildirib. O deyib: “Biz birinci Avropa Oyunlarının həyəcanını bütün dünyaya yüksək səviyyədə təqdim edəcəyik. Onlar öz evlərində oturaraq birinci Avropa Oyunlarını izləyə biləcəklər. Əsas məqsədimiz isə tamaşaçılara yüksək səviyyəli yayım təqdim etməkdir. Ümid edirəm ki, təkcə Avropanın deyil, digər qitələrin nümayəndələri də “Bakı-2015”i izləməklə bu mötəbər yarışdan zövq alacaqlar”.(AZƏRTAC)