Elçiliyə gedən bəy qəzaya düşdü

Elçiliyə gedən bəy qəzaya düşdü
  28 May 2015    Oxunub:1599
Bakıda qəza zamanı sürücü idarə etdiyi avtomobili aşırıb.
"Report"un məlumatına görə, hadisə Sabunçu rayonu Ramana qəsəbəsində qeydə alınıb. Sabunçu rayonu Ramana qəsəbəsi Şuşa şəhərciyi ev 45 ünvanında yaşayan 1993-cü il təvəllüdlü Hüseynov Zaur Zabil oğlu idarə etdiyi "VAZ 2107" markalı avtomobilin sükanı arxasında olarkən idarəetməni itirib. Hadisə zamanı avtomobil aşdığından sürücü Z.Hüseynov xəsarət alıb və o, xəstəxanaya yerləşdirilib. Yaralıya tibbi yardım edilsə də, vəziyyəti ağır olaraq qalır. Qəza ilə bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Qeyd edək ki, qəza sürücü Z.Hüseynovun elçilik günü baş verib. Valideynlərini sevdiyi qızın yaşadığı ünvana aparan sürücü geri qayıdanda qəza törədib.


Teqlər:  





Xəbər lenti