4 FİFA məmuru günahını etiraf etdi
ABŞ Federal Təhqiqat Bürosu (FTB) əməkdaşları FİFA-nın 10-a yaxın məmurunu İsveçrənin Sürix şəhərində həbs edib.
Saxlanılanlardan 2-si FİFA vitse-prezidentləri Ceffri Uebb və Euxenio Figeredodur.
Digər şəxslər isə İcraiyyə Komitəsinin sabiq üzvü Cek Uorner, habelə, Eduardo Li, Xulio Roça, Kostas Takkas, Rafael Eskevel, Xose Mariya Marin və Nikolas Leosdur. Həbslər mayın 29-da İsveçrənin Sürix şəhərində təşkil olunacaq Hesabat-Seçki Konqresi ərəfəsində gerçəkləşib. Konqres çərçivəsində FİFA prezidenti seçkisi keçiriləcək. Bu vəzifəyə qurumun hazırkı prezidenti Yozef Blatterlə İordaniya şahzadəsi ƏIi ibn Əl-Hüseyn namizəddir. Hollandiya Futbol İttifaqının prezidenti Mixael van Praq və Portuqaliya mili komandasının sabiq futbolçusu Luiş Fiqu namizədliklərini geri götürüb.
Dünya KİV-i xəbər yayır ki, korrupsiya qalmaqlı ilə əlaqədar tutulanların sayı 14-ə çata bilər.
Eldar Tanrıverdiyev
Azvision.az