FİFA-da kütləvi həbslər başladı – Korrupsiya qalmaqalı

FİFA-da kütləvi həbslər başladı – Korrupsiya qalmaqalı
  27 May 2015    Oxunub:4065
ABŞ Federal Təhqiqat Bürosu (FTB) əməkdaşları FİFA-nın 10-a yaxın məmurunu İsveçrənin Sürix şəhərində həbs edib.
AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, həbs olunan şəxslər ABŞ-a aparılıb.

Məlumata görə, FTB əməkdaşları FİFA rəsmilərini korrupsiya ittihamına əsasən həbs ediblər.

Həbs olunanlar arasında FİFA İcraiyyə Komitəsinin vitse-prezidentləri Cefri Uebb və Euhinio Fiqeredo, həmçinin Trinidad və Tabaqonun nümayəndəi Cek Uorner də var.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:  





Xəbər lenti