Xanım iş adamının qətli ilə bağlı yeni təfərrüat

Xanım iş adamının qətli ilə bağlı yeni təfərrüat
  27 May 2015    Oxunub:3459
Dünən axşam Kürdəmirdə yanacaqdoldurma stansiyasının sahibəsi, 1954-cü il təvəllüdlü Hacıəliyeva Sahibə Məhəmməd qızı qətlə yetirilib. Xəbər verildiyi kimi ona evinin qarşısında 6 bıçaq zərbəsi vurulub.

Bu barədə Vesti.Az-a Kürdəmir rayon Polis İdarəsindən bildiriblər.

Fakt üzrə Hacıəliyevanın qonşusu 1990-cı il təvəllüdlü Nüsrətilov Şaiq Şahin oğlu saxlanılıb. Əməliyyatçılar Nüsrətilovu evdə yaxalayıblar.

Dindirilmə zamanı saxlanılan şəxs bildirib ki, yanacaqdoldurma məntəqəsinin sahibəsini onu təhqir etdiyi üçün öldürüb. Şübhəli bilinən şəxsin sözlərinə görə, qadın ona öz stansiyasında iş təklif edib, amma Nüsrətilov etiraz etdikdən sonra qadın əsəbiləşib və təhqirlərə keçib.

Təhqirlər isə ondan ibarət olub, ki, guya Hacıəliyeva oğlana onun hesabına adam olduqlarını, qazanc əldə etdiklərini deyib. Məlumdur ki, Nüsrətilovlar da sahibkardırlar və onların Hacıəliyevanın stansiyası yaxınlığında yerləşən yeməkxanaları var.

Bununla yanaşı, RPİ-də qeyd ediblər ki, yaralı Hacıəliyeva evə daxil olaraq təcili yardıma zəng etməyə cəhd edib, amma bir neçə dəqiqə sonra vəfat edib. Qadın tək yaşayırdı.

Hacıəliyevanın Bakıda təhsil alan oğlunun olması da bildirilib.

Fakt üzrə istintaq davam edir.


Teqlər:





Xəbər lenti