Gənclər üçün yaz məktəbi təşkil edilir

Gənclər üçün yaz məktəbi təşkil edilir
  26 May 2015    Oxunub:2729
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yardımı ilə "Yaşıl Həyat" yaz məktəbi təşkil edilir.

Yaz məktəbi 29 may 2015-ci ildən 31 may 2015-ci il tarixinədək Xaçmaz rayonun Nabran qəsəbəsində yerləşən “Kardinal” İstirahət Mərkəzində təşkil olunacaq. Yaz məktəbində iştirak edənlərin yol, qalmaq, yemək xərcləri təşkilatçılar tərəfindən ödəniləcək.

Əsas məqsəd gənclərin ekoloji maariflənməsini artırmaq, onların ekoloji problemləri daha dərindən anlamalarına və həllinə yardımçı olmalarına kömək etməkdir.

Gənclər gün ərzində müxtəlif məşğələlərə, oyunlara cəlb olunacaqlar. Yaz məktəbində həmçinin gənclərə ilkin tibbi yardımın göstərilməsi, təxliyyə və digər təhlükəsizlik qaydaları öyrədiləcək.

Bundan başqa, gənclər üçün aktiv istirahət təşkil olunacaq. Onlara komanda ilə yaşamaq və birgə işləmək, ünsiyyətdə olmaq vərdişləri aşılanacaq.

İştirak etmək istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

1) Şəxsiyyət vəsiqəsi
2) Anket ([email protected] elektron ünvanına yazaraq əldə etmək olar)
3) Sağlamlıq haqqında arayış
4) Valideynlərin yazılı razılığı (18 yaşı tamam olmayan gənclərə aiddir)
5) Tibb anketi ([email protected] elektron ünvanına yazaraq əldə etmək olar)

Yaz məktəbində iştirak etmək istəyənlər [email protected] elektron ünvanına 27.05.2015-ci il tarixinədək müraciət edə bilərlər.

Layihədə Bakı və Azərbaycanın müxtəlif regionlarından 14-29 yaş arası gənclər iştirak edə bilərlər.

Qeyd: İştirakçı sayı məhduddur.


Teqlər:





Xəbər lenti