Güclü dolu Tovuza ciddi ziyan vurdu

Güclü dolu Tovuza ciddi ziyan vurdu
  26 May 2015    Oxunub:1609
Tovuzun dağ kəndlərinə dolu düşüb, əriməyə başlayan dolu sel yaradıb, təsərrüfatlara ziyan dəyib.
AzVision.az Türkel TV-yə (TTV) istinadən xəbər verir ki, Tovuzun dağ kəndlərinə güclü dolu yağıb. Yarım saata yaxın davam edən dolu rayonun Böyük-Qışlaq, Çatax və Qandallar kəndlərində ciddi fəsadlar törədib. Diametri 3-5 sm-ə çatan buz parçaları evlərin damına, kənd təsərrüfatına ciddi ziyan vurub. Daha çox ziyan kənd sakinlərinin əsas becərdiyi kartof sahələrinə dəyib. Təxminən bir-iki saatdan sonra əriməyə başlayan dolu sel yaradıb. Dağlardan axan sel yollarda yarğan əmələ gətirib. Getdikcə güclənən sel evlərə də dolub.

Təbii fəlakətlə bağlı Tovuz Rayon İcra Hakimiyyətində fövqəladə komissiya yaradılıb. Hazırda mütəxəssislər tərəfindən kəndlərə dəymiş ziyan müəyyənləşdirilir. İlkin araşdırmaların nəticələrinə əsasən belə hava şəraiti son dörd ildə müşahidə olunmayıb. Təbii fəlakət zamanı insan və ya heyvan tələfatı qeydə alınmayıb.


Teqlər:





Xəbər lenti