Kerri Türkiyəyə gedir
Türkiyənin “Haberler” qəzetinin yazdığına görə, bir müddət öncə dövlət katibliyi postuna təyin edilən Con Kerri martın əvvəllərində Ankaraya gələcək. Səfər zamanı Suriya məsələsi prioritet mövzulardan biri olacaq.
Qəzetin yaydığı məlumata görə, Suriya məsələsi ilə yanaşı Con Kerri ilə terrorizmlə mübarizə və kürd münaqişəsi də müzakirə ediləcək.