Gənclərin rəsm müsabiqəsi keçirilib

Gənclərin rəsm müsabiqəsi keçirilib
  26 May 2015    Oxunub:1635
2015-ci il May ayının 22-də “Atropat” otelinin terrasında Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu, Xəzər Universiteti, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Azərbaycan Dövlət İqtisad Universiteti, Gazelli Group və Bakı Biznes Mərkəzinin tərəfdaşlığı ilə həyata keçirilən “Azərbaycanın tarixi–memarlıq irsi gənclərin gözü ilə” rəsm müsabiqəsinin I mərhələsi keçirildi.

Finala keçəcək iştirakçıların elan olunması məqsədilə həyata keçirilən tədbir müsabiqədə iştirak edən gənclərin rəsm əsərlərinin nümayişi ilə başladı. Rəsmlər qonaqlarda xüsusi marağa və geniş fikir mübadiləsinə səbəb oldu. Tədbirin qonaqları, xüsusilə Tarix və Arxeologiya departamentinin müdiri Roza Arazova və tarixçi Dövran Abuzərov hər bir rəsmə tamaşa etməklə yanaşı, rəsm əsərinin onlarda yaratdığı ilkin təsüratı və müəllifin ifadə etmək istədiyi fikri müqayisə etməklə yanaşı onların hər birini ayrı-ayrılıqda təbrik edib müvəffəqiyyətlər arzuladılar.

Azərbaycanın tarixi-memarlıq irsinə gənclər arasında diqqətin artırılması məqsədilə həyata keçirilən bu layihə öz prinsipi ilə doğru yolda olduğunu göstərməkdədir. Məhz keçirilən son tədbirdə iştirakçı və qonaqların böyük maraq və alqışına səbəb olması bunun əsas göstəricilərindən biridir. Layihənin Bakı Biznes Mərkəzində keçiriləcək olan qaliblərin elan olunması və bağlanış mərasiminin tarixi önümüzdə gələn günlərdə rəsmi şəkildə elan olunacaq.



Teqlər:





Xəbər lenti