Liftdə faciə: uşağını xilas etdi, özü öldü -Video

Liftdə faciə: uşağını xilas etdi, özü öldü -Video
  25 May 2015    Oxunub:20410
Bakıda ölümlə nəticələnən bədbəxt hadisə verib.
Lent.az-ın məlumatına görə, mayın 24-də axşam saatlarında Səbail rayonu, Bayıl yaşayış sahəsi, İ. Məmmədov küçəsi 2 «a» ünvanında yerləşən 14 mərtəbəli binanın 28-ci mənzilində yaşayan 1975-ci il təvəllüdlü Mustafayev Elmar Davud oğlu övladı ilə birgə yaşadığı binanın 3-cü mərtəbəsində liftdə olarkən nasazlıq yaranıb.

O, qapını açaraq əvvəlcə azyaşlı uşağını liftdən çıxarıb, daha sonra liftdən çıxmağa cəhd edərkən lift hərəkətə gəlib və Elmar Mustafayevin başı qapının arasında qalıb. 40 yaşlı kişi hadisə yerindəcə keçinib.





Teqlər:  





Xəbər lenti