İki yük maşını toqquşdu, türk sürücü öldü

İki yük maşını toqquşdu, türk sürücü öldü
  25 May 2015    Oxunub:1596
Hacıqabulda ağır yol qəzası baş verib, ölən var.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, Nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Haciqabul rayonu, Muğan qəsəbəsində “VOLVO” və “SHACMAN” markalı 2 yük avtomobili toqquşub. Nəticədə, “VOLVO” markalı yük avtomobilinin sürücüsü Türkiyə vətəndaşı olan 1970-ci il təvəllüdlü Hamza Ötük aldığı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib.

Yanğınsöndürən-xilasedicilər Hamza Ötükün cəsədini avtomobildən çıxararaq Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil veriblər.

Əməliyyat saat 03:09-da başa çatıb.

AzVision.az


Teqlər:





Xəbər lenti