Bakıda ağır qəza: 6 yaralı

Bakıda ağır qəza: 6 yaralı
  25 May 2015    Oxunub:1861
Bakının Nəsimi rayonunda mikroavtobus və minik maşınının toqquşması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Qəza rayonun Eldar Babayev küçəsi idə Ziya Bünyadov prospektinin kəsişməsində qeydə alınıb. Hadisə zamanı yeni inşa olunan yol ötürücüsünün üzərində bir-birinin əksi istiqamətdə hərəkət edən Elvin Lətifovunun idarə etdiyi “Mercedes” markalı mikroavtobusla, “Daywoo” markalı nəqliyyat vasitəsi toqquşub. Qəzadan sonra yaralılara tibbi yardım göstərmək üçün hadisə yerinə bir-neçə təcili yardım avtomobili çağrılıb.

Yaralılara hadisə yerində edilən tibbi yardımdan sonra mikroavtobus və minik maşınında olan 6 sərnişin xəstəxanaya göndərilib.

Qəzanın səbəbləri sırasında isə yol ötürücüsünün üzərində avtomobillərdən birinin digərinin yoluna çıxması göstərilib. Səbəbkar sürücü isə araşdırmalardan sonra məlum olacaq.(Ans)


Teqlər:





Xəbər lenti