27 dərəcə isti olacaq

27 dərəcə isti olacaq
  25 May 2015    Oxunub:1587
Bu gün Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında cənub küləyi əsəcək. Havanın temperaturu gecə 12-16, gündüz 22-27 dərəcə isti təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında hava gün ərzində əsasən yağmursuz olacaq. Şərq küləyi əsəcək. Temperaturun gecə 9-14, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında gün ərzində hava əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək. Gecə 7-12 dərəcə, gündüz 15-20 dərəcə isti gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava gün ərzində əsasən yağmursuz olacaq, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 11-16, gündüz 22-27 dərəcə isti təşkil edəcəyi gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Şərq küləyi əsəcək. Temperatur gecə 10-15, gündüz 20-25 dərəcə isti təşkil edəcək.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz olacaq, şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 13-18, gündüz 25-30 dərəcə isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında əsasən yağmursuz hava şəraiti gözlənilir. Şərq küləyi əsəcək. Temperatur gecə 14-16, gündüz 22-27 dərəcə isti, dağlarda gecə 9-14 dərəcə, gündüz 15-20 dərəcə isti olacaq.


Teqlər:





Xəbər lenti