Hitlerin kreslosunda oturan azərbaycanlı - VİDEO

Hitlerin kreslosunda oturan azərbaycanlı - VİDEO
  24 May 2015    Oxunub:6137
Mirməhəmməd Əliyev Sumqayıt şəhərində yaşayır. Əslən Astaradandır. Böyük Vətən Müharibəsi iştirakçısı olub. Doxsan beş yaşı var. Tək yaşayır. Yaşının bu çağında tənhalığının səbəblərinə qədərsə arada nə az, nə çox, düz doxsan beş ilin xatirəsi dayanır.

APA TV-nin “Ötən əsrin adamları” layihəsinin növbəti qonağı olan Mirməhəmməd Əliyev keçdiyi maraqlı və çətin ömür youndan danışıb:

- ...Hərbi hissəyə yaxınlaşanda gördüm ki, bir qrup əsgər sıraya düzülüb. Qarşılarında da əliyalın iki əsgər dayanıb. O iki nəfərdən biri azərbaycanlı, biri gürcü idi. “Ay ana” deyib hönkürürdü hərəsi öz dilində. Yaşları da az idi. On yeddi, on səkkiz. Özü də rus dilini bilmirdilər. Yanımdakı azərbaycanlı uşaqlardan biri dedi ki, dünən döyüşmək istəməyiblər, evlərinə geri dönmək istədiklərini deyiblər. O üzdən barələrində güllələnmə hökmü çıxarılıb. İndi əmri icra edəcəklər. Mən inanmadım belə şeyin ola biləcəyinə. Bir addım atdım ki, gedim azərbaycanlının yanına, sakitləşdirim onu. Dostum qolumdan tutub saxladı məni. Acıqla “hara gedirsən? Mənə inanmırsan? Dayan yoxsa səni də güllələyərlər” dedi. Komandir hökmü oxudu. Və “atəş!” əmrini verdi. Uşaqlar birdən susdular və yerə yıxıldılar. Mən o hadisədən sonra dörd gün nə yemək yeyə, nə su içə bildim...

...Soruşdum Hitlerin kabineti haradadır? Dedilər, ikinci mərtəbədə. Qalxdım yuxarı. İçəri girib Hitlerin kreslosunda oturdum. Onun kabinetdə, bahalı siqarlar, içkilər, var idi. Bir də siyirməsində nəfəsli çalğı aləti vardı. Kimə aid olduğunu demək çətindir. Amma mən o aləti götürdüm. Bir az özüm ifa elədim o alətdə. Sonra başqasına verdim...

AzVision.az bu maraqlı insanın tarixçəsini təqdim edir:





Teqlər:





Xəbər lenti