Xavi `Barselona`dan gedir

Xavi `Barselona`dan gedir
  22 May 2015    Oxunub:1867
İspaniyanın `Barselona` klubunun yarımmüdafiəçisi Xavi Ernandes mövsümün sonunda klubdan gedəcəyini açıqlayıb.
AzVision.az xəbər verir ki, bu barədə futbolçu özü “Twitter” səhifəsində yazıb.

“Əl-Sadd”da oynayacağam. `2+1` illik prinsipi ilə müqavilə imzalanacaq. Bundan əlavə özümü baş məşqçi və idman direktoru vəzifəsində sınamaq imkanım olacaq”, - deyə idmançı qeyd edib.

Xavinin sözlərinə görə, `Barselona` ona 2018-ci ilə qədər qüvvədə olacaq müqavilə təklif edib, lakin o imtina edib.

Qeyd edək ki, Xavi klub tarixində ən çox meydana çıxan futbolçudur. O, ümumilikdı 763 rəsmi oyunda klubun heyətində meydana çıxıb. `Barselona` klubunda Xavi 8 dəfə İspaniya çempionu, 3 dəfə `Çempionlar Liqası`, iki dəfə ölkə kuboku və 6 dəfə ölkə Super kubokunun qalibi olub. O, həmçinin İspaniya millisinin heyətində 2010-cu ildə dünya çempionu, 2008, 2012-ci illərdə isə Avropa çempionu adını qazanıb.

Eldar Tanrıverdiyev
Azvision.az



Teqlər:





Xəbər lenti