Cüneyt Çakır böyük finalda

Cüneyt Çakır böyük finalda
  19 May 2015    Oxunub:1847
Çempionlar Liqasında "Barselona" və "Yuventus" komandaları arasında keçiriləcək final matçının hakimləri müəyyənləşib.

AzVision.az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, sözügedən oyunu türkiyəli hakim Cüneyt Çakır idarə edəcək. Ona Bahattin Duran və Tarık Ongun köməklik edəcək. Dördüncü hakim funksiyasını isə isveçli Yonas Eriksson yerinə yetirəcək.

Qeyd edək ki, ÇL-in finalı iyunun 6-i Berlinin "Olimpiya" stadionunda keçiriləcək.


Teqlər:





Xəbər lenti