“Xəzərin status məsələsi 2015-ci ildə də həll olunan deyil”

“Xəzərin status məsələsi 2015-ci ildə də həll olunan deyil”
  29 May 2013    Oxunub:1397
“Azərbaycandan başqa digər Xəzəryanı dövlətlər bu məsələdə problem yaradırlar”
“Nə 2013, nə 2014, nə də ki, 2015-ci illərdə Xəzərin statusunun müəyyən edilməsi probleminin həll olunması üçün heç bir əsas yoxdur. Çətin ki Xəzərin status məsələsi bu tezliklə həll olunsun. Ona görə ki, Xəzəryanı dövlətlər arasında gərginlik davam edir.

Bu barədə AzVision.az-a açıqlamasında Bakı Dövlət Universitetinin beynəlxalq hüquq kafedrasının müdiri, Xəzərin problemləri üzrə ekspert Rüstəm Məmmədov deyib.

R. Məmmədov qeyd edib ki, bu gün bu məsələnin kökündə Xəzər dənizinin böyüklüyü, adı, dənizin gəmiçilik problemi, hərbi təhlükəsizlik məsələləri durur: “Bu dörd kardinal məsələ var ki, hələ də həllini tapmayıb. Buna görə də Xəzərin statusu reallaşa bilmir:

“Azərbaycandan başqa bütün Xəzəryanı dövlətlər Xəzərin status məsələsində problem yaradırlar. Rusiya, İran və Türkmənistanın mövqeyində əngəllər var. İstəmirlər ki, Xəzərə hüquqi don geyindirsinlər. Bu, onların şəxsi mənafeyindən irəli gəlir. İnanmıram ki, bu yaxınlarda bu problem öz həllini tapsın. Heç 2015-ci ildə də bu, mümkün deyil. Çünki dövlətlər arasında gərginlik qalır”- deyə ekspert bildirib.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti