Məşəl Naftalanda

Məşəl Naftalanda
  15 May 2015    Oxunub:2259
Bu gün Goranboyda və Naftalan şəhərində məşəl estafeti keçirilib.
Yürüşə başlayan fəal gənclərdən Xəyal Hüseynov, ardınca Elşad Ətai, Elvin Əliyev, Samir Nəcəfov, Nicat Məmmədov, Xalid Rzayev, Vüsal Rəsulov, Əflatun Məmmədov və Allahverdi İsmayılov estafeti qəbul ediblər.

Parkda başda sonuncu məşəlçi Əməkdar məşqçi, karate üzrə üçqat dünya və iki dəfə Avropa çempionu Yalçın Qarayev olmaqla, qrup Heydər Əliyev parkına daxil olaraq, burada quraşdırılmış səhnənin ətrafına gəlib çırağı yandırıblar.

Dünya çempionu təəssüratlarını belə ifadə edib: “Məşəl estafetinin Goranboya gəlişinə şadıq. Birinci Avropa Oyunlarının məşəlini daşımaq mənim üçün ömürlük xatirə olacaq. Əminəm ki, idmançılarımız ölkəmizi layiqincə təmsil edəcəklər. Bir karate mütəxəssisisi kimi, idmançılarımıza yaxından azarkeşlik edəcəyəm. Milli komandanın lideri Rafael Ağayevin qızıl medal qazanacağına heç bir şübhəm yoxdur”.


Teqlər:





Xəbər lenti