Milli Məclisin son iclasının gündəliyi açıqlandı

Milli Məclisin son iclasının gündəliyi açıqlandı
  29 May 2013    Oxunub:1135
Gündəlikdə Fərhad Abdullayevin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə hakimi təyin edilməsi var.
Milli Məclisin yaz sessiyasının plenar iclası mayın 31-də keçiriləcək. Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlunun AzVision.az-a verdiyi məlumata görə, iclasın gündəliyinə 23 məsələ çıxarılacaq.

“Bunlar arasında bir sıra hökümətlərarası sazişlərin qəbulu, müqavilələr, bir sıra sənədlər daxildir. Daha sonra bir sıra qanunlara dəyişikliklər ediləcək. 2012-ci il dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsi, Azərbaycan və Hindistan arasında cinayət, hüquqi, təslim etmə və ticarət işləri üzrə qarşılıqlı hüquqi yardımla bağlı layihələr, “İcra haqqında”, “Əmək pensiyası haqqında”, “Sosial müavinətlər haqqında”, “Milli arxiv haqqında”, “Avtomobil yolları haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” qanunlara, “Mülki Prosessual İnzibati Xətalar, Cinayət Prosessual və Torpaq, Mülki məcəllələrinə dəyişikliklər” və sair layihələr var. Bundan başqa “Cəlilabad rayonunun bölgüsündə qismən dəyişikliklər edilməsi” haqqında məsələ daxildir.

A.Təvəkküloğlunun sözlərinə görə, gündəlikdə Fərhad Abdullayevin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə hakimi təyin edilməsi var.

Qeyd edək ki, yaz sessiyasından sonra iyun ayında Milli Məclisin xüsusi iclasları da keçiriləcək.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti