Aqil.M. Quliyev azadlığa çıxdı

Aqil.M. Quliyev azadlığa çıxdı
  29 May 2013    Oxunub:2653
Bu gün Bakı Apellyasiya Məhkəməsində hazırda həbsdə olan rejissor Aqil. M. Quliyevin barəsində hökmdən verilən apellyasiya şikayəti əsasında məhkəmə prosesi başa çatıb.
APA-nın məlumatına görə, hakim Mirpaşa Hüseynovun sədrlik etdiyi prosesdə qərar elan olunub. Qərara əsasən, apellyasiya şikayəti təmin olunub. A. M. Quliyev barəsində cərimə cəzası tətbiq olunub və o, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, bir müddət əvvəl Marianna Turabova adlı şəxs hüquq-mühafizə orqanlarına müraciət edərək, Aqil. M. Quliyevin ona 150 min manat borcu olduğunu, lakin pulu geri qaytarmadığını bildirib.

Bundan sonra araşdırma aparılıb və məhkəmə həmin pulun A. M. Quliyevdən tutularaq şikayətçiyə qaytarılması barədə qərar qəbul edib. Lakin həmin qərar cavabdeh tərəfindən icra olunmadığından Cinayət Məcəlləsinin 306.1-ci (qanuni qüvvəyə minmiş məhkəmə qərarını qərəzli olaraq icra etməmə) maddəsi ilə cinayət işi başlanılıb. Xətai Rayon Məhkəməsi həmin cinayət işi əsasında A. M. Quliyevin 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm verib. A.M. Quliyev məhkəmə zalında həbs olunub. Hökmdən narazı qalan A. M. Quliyev isə apellyasiya şikayəti verib.


Teqlər:  





Xəbər lenti