Məşəl Yevlaxa çatdı

Məşəl Yevlaxa çatdı
  13 May 2015    Oxunub:2068
Avropa Oyunlarının məşəli Tərtərdən sonra Yevlax şəhərinə gətirilib.
Məşəli Oyunların rəmzi qapısında sambo üzrə üçqat Azərbaycan çempionu Aslan Mirzəyev qəbul edib.

Ardınca 10 nəfər rayon sakini estafetə qoşulub və onlar məşəli bir-birinə ötürməklə, Heydər Əliyev prospekti ilə 2 min 750 metrlik məsafədə daşıyıblar. Yürüş ümummilli liderin heykəli önündə başa çatıb.

Daha sonra Yeni Azərbaycan Partiyasının Yevlax rayon təşkilatının gənclər birliyinin sədri Ariz Mikayılov çırağı yandırıb və yevlaxlılara təqdim olunub.

Məşəlin qarşılanma mərasimi konsert proqramı ilə davam etdirilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti