Erməni idmançılar Bakıya gəlir

Erməni idmançılar Bakıya gəlir
  12 May 2015    Oxunub:2271
Azərbaycanda keçiriləcək I Avropa Oyunlarında iştirak edəcək erməni cüdoçuların adları məlum olub
.AzVision.az erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistan cüdo yığma komandasının baş məşqçisi Tiqran Babayan verib.

O, qeyd edib ki, rəsmi İrəvanı oyunlarda Ovanes Davtyan, David Nikoqosyan və Janna Stankeviç təmsil edəcək: “Artıq məsələ müzakirə edilib və idmanşıların valideynlərindən də razılıq alınıb”.

Bakıda keçiriləcək I Avropa Oyunlarında Ermənistan 6 növ - boks, taekvando, judo, güləş, sambo və atəş növləri üzrə yarışlara qatılacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti