Amerikalılar Qafqaz Universitetində olub

 Amerikalılar Qafqaz Universitetində olub
  29 May 2013    Oxunub:1736
Heyyətdə "ABŞ-Azərbaycan: Gələcəyə baxış” Forumunda iştirak etmək üçün Azərbaycana səfər edən senatorlar, dövlət nümayəndələri, müxtəlif universitetlərin rektorları və s., kimi ictimai xadimlər olub.
AzVision.az xəbər verir ki, Qafqaz Universiteti ABŞ-ın müxtəlif ştatlarını təmsil edən 200-dən çox nümayəndə heyətini qəbul edib. Nümayəndə heyəti "ABŞ-Azərbaycan: Gələcəyə baxış” Forumunda iştirak etmək üçün Azərbaycana səfər edən senatorlar, dövlət nümayəndələri, müxtəlif universitetlərin rektorları və s., kimi ictimai xadimlərdən ibarət olub.

Proqram Qafqaz Universiteti rektoru Professor Ahmet Saniçin açılış nitqi ilə başlayıb. Professor Saniç Qafqaz Universitetinin yaranma tarixi və fəaliyyətləri haqda, həmçinin universitetin gələcək planlarının əhatə edən ətraflı məlumat verib. Universitet haqqında göstərilən qısa video çarxda ABŞ nümayəndə heyətinin üzvləri universitetin akademik proqramlar haqqında verilən ətraflı məlumatı dinləyərək tələbələr üçün tədris şəraitinin təmin edilməsinə şahid olublar. Rektor tərəfindən salamlama mərasimindən sonra, qısa əyləncə fasiləsi başlayıb və Qafqaz Universitetinin tələbəsi milli dəyərlərimizi nümayiş etmək məqsəd ilə mahnı ifa edib.

Proqram ərzində, ABŞ nümayəndə heyətinin bir neçə üzvü Azərbaycan haqda təəssüratlarını bölüşərək Bakının gözəlliyi ilə dərindən heyrətləndiklərini və Azərbaycan insanın qonaqpərvərliyindən təsirləndiklərini vurğulayıblar. Qonaqlar həmçinin Azərbaycanın yüksək iqtisadi inkişaf səviyyəsinin onlarda yüksək təəssürat yaratdığını bildiriblər.

Proqramın sonunda, ABŞ nümayəndə heyətinin üzvlərinə Qafqaz Universitetinin şəhərciyinini göstərmək məqsədi ilə qısa gəzinti təşkil edilib. Qonaqlara Qafqaz Universitetinin sinif otaqları, kompüter laboratoriyaları, kitabxana, kafeteriya və yataqxanaları göstərilib. Nümayəndə heyətinin üzvləri xatırladıb ki, Qafqaz Universitetində tələbələrin tədrisi üçün təmin edilmiş ətraf mühit onlarda dərin təəssürat yaratdı.

AzVision.az


Teqlər:  





Xəbər lenti