Fransada Mehriban Əliyevaya veriliş həsr edildi

Fransada Mehriban Əliyevaya veriliş həsr edildi
  29 May 2013    Oxunub:1137
Mehriban Əliyevanın Fransaya səfəri yerli radioda geniş işıqlandırılıb.

Efirində ayda bir dəfə Azərbaycanla bağlı xəbərlərə yer ayıran Fransa radiosunun may ayındakı proqramında ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Mehriban Əliyevanın başçılıq etdiyi nümayəndə heyətinin Fransaya səfəri çərçivəsində Parisdə keçirdiyi görüşlərdən ətraflı bəhs olunub.

Azərbaycanın birinci xanımının rəsmi saytında yer alan məlumata görə, verilişin aparıcıları Mehriban Əliyevanın Milli Assambleyanın sədri Klod Bartmone, xarici əlaqələr komissiyasının sədri xanım Elizabet Qiqu, Fransa-Azərbaycan dostluq qrupunun sədri Tierri Mariani, Avropa məsələləri komissiyasının sədri xanım Daniel Orua, Senatın sədri Jan-Pyer Bel, Fransa-Qafqaz dostluq qrupunun sədri Ambruaz Düpon, Fransa Prezidentinin Frankafoniya üzrə xüsusi təmsilçisi xanım Yamina Benqiqi ilə keçirdiyi görüşlər haqda dinləyicilərə məlumat veriblər. Belə görüşlərin iki ölkə arasında əməkdaşlığın inkişafına, fransız və Azərbaycan xalqlarının dostluq əlaqələrinin daha da möhkəmlənməsinə töhfə verdiyi vurğulanıb.

Proqramda qeyd olunub ki, Azərbaycanı Fransada daha yaxından tanıtmaq məqsədi ilə Heydər Əliyev Fondunun təşkilatçılığı və ölkəmizin Parisdəki səfirliyinin dəstəyi ilə "Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri" layihəsi çərçivəsində Van şəhərində keçirilən sərgi və konsert yerli sakinlər tərəfindən maraqla qarşılanıb.

Son illər Azərbaycanla Fransa arasında əlaqələrin inkişafı istiqamətində mühüm addımların atıldığının vurğulandığı verilişdə Naftalan şəhəri ilə Fransanın Leql şəhərinin qardaşlaşmasına dair rəsmi sənədin imzalanması və bununla bağlı keçirilən tədbirlərdən də geniş bəhs olunub.

Verilişdə Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı sayəsində Bakıda tikilən fransız liseyinin sentyabrda açılacağı, 2013-2014-cü tədris ili üçün şagirdlərin qəbuluna başlanacağı vurğulanıb.


Teqlər:  





Xəbər lenti