Müsəlman şahzadə FİFA prezidenti ola bilər

Müsəlman şahzadə FİFA prezidenti ola bilər
  01 May 2015    Oxunub:2031
İordaniya şahzadəsi Əli ibn əl-Hüseyn FİFA prezidenti ola bilər.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

Məlumata əsasən FİFA prezidentliyinə namizədlər – Niderland Krallığı Futbol Federasiyasının rəhbəri Mixail van Praq və Portuqaliya millisinin sabiq ulduzu Luiş Fiqu öz namizədliyini İordaniya şahzadəsi Əli ibn əl-Hüseynin xeyrinə geri götürə bilər.

İordaniya şahzadəsi prezident postu uğrunda hazırkı FİFA rəhbəri Yozef Blatterlə mübarizə aparmalı olacaq.

Qeyd edək ki, təşkilatın yeni prezidentinin adı mayın 29-u İsveçrənin Surix şəhərində keçirilən seçkilərdən sonra bilinəcək.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:





Xəbər lenti