İrlandiya Bakıya 36 idmançı göndərir - SİYAHI
İrlandiyadan Bakı 2015 Avropa Oyunları üçün ən məşhur idmançı, boksçu Keti Teylor olacaq. London 2012 Olimpiya Oyunlarında boks üzrə 60 kq çəkidə qızıl medal da daxil olmaqla, 17 qızıl medalı olan Keti Teylor qadınlar arasında boksun tarixində ən çox titulu olan idmançıdır.
28 yaşlı Teylor beş ardıcıl Dünya Çempionatının tituluna, altı ardıcıl Avropa Çempionatının tituluna və beş Avropa Birliyi Çempionatının taclarına sahibdir. Teylor həmçinin Bakı 2015 Avropa Oyunlarının idman elçisidir.
Olimpiya oyunlarında təcrübəsi olan digər irlandiyalı idmançı 44 yaşlı atıcı Derek Börnettdir. O, 2000-ci ildə son dörd Olimpiya Oyunlarında atıcılığın səngər stendi fəndi üzrə yarışlarda iştirak edib.
Badminton oyunçuları Klo Magi ilə Skott Evans Pekin 2008 və London 2012 oyunlarında, triatlon üzrə idmançı Aylin Reyd isə London Olimpiya yarışlarında iştirak ediblər.
"Biz, Bakı 2015 oyunlarında İrlandiyanı təmsil edən ilk idmançılar qrupunu məmnuniyyətlə elan edirik," - deyə İrlandiyanın missiya rəhbəri cənab Dermot Henihan bildirib və belə qeyd edib: "Biz idmançıların Bakı 2015 üçün ən yaxşı dəstək almaqları və hazırlaşmaları üçün hər idman növü ilə çox yaxından işləmişik."
"Yekun komandada 13 idman növü üzrə təxminən 63 idmançı olacaq," - deyə Henihan bildirdi və əlavə etdi: "Belə çox idman növlərinin kvalifikasiyaya nail olmasını görmək möhtəşəmdir. İndi biz ümid etməliyik ki, Bakıda hamı ən yaxşı bacarığını nümayiş etdirəcək və kim bilir – bəlkə, bizim bir neçə idmançımız birinci yeri qazandı."
İrlandiyanın hal-hazırki komanda heyəti:
Kamandan oxatma: Sinead Katbert Kunninqam (qadınlar arasında fərdi), Darren Uolleys (kişilər arasında fərdi)
Su idmanı: Rori MkEvoy (50 m, 100 m, 200 m arxa üstə), Mona MkŞarri (50 m, 100 m, 200 m qurbağa, 50 m sərbəst), Reyçel Bethel (50 m, 100 m, 200 m sərbəst), Daniel Hill (50 m, 100 m, 200 m arxa üstə, 50 m kəpənək, 50 m, 200 m sərbəst), Emma Reyd (50 m, 100 m, 200 m kəpənək), Endru Mur (50 m, 100 m, 200 m qurbağa, 200 m, 400 m fərdi ötürmə), Ceyms Braun (50 m, 100 m, 200 m kəpənək, 200 m, 400 m fərdi ötürmə), Bencamin Doyl (50 m, 100 m kəpənək, 200 m, 400 m fərdi ötürmə), Alan Korbi (50 m, 100 m, 200 m arxa üstə, 50 m qurbağa, 100 m kəpənək, 200 m fərdi ötürmə), Niamh Kilgallen (50 m, 100 m, 200 m qurbağa, 50 m kəpənək), Keyt Baquli (400 m, 800 m, 1500 m sərbəst, 400 m fərdi ötürmə), İseult Hayes (50 m, 10 0m arxa üstə, 50 m, 100 m sərbəst), Nataşa MakManus (1 m, 3 m qadınlar arasında suya tullanma)
Badminton: Klo Magi (qadınlar arasında tək, qarışıq cütlüklər), Coş Magi (kişilər arasında cütlüklər), Reyçel Darraq (qadınlar arasında cütlüklər), Sara Boyle (qadınlar arasında cütlüklər), Skott Evans (kişilər arasında tək), Sem Magi (qarışıq cütlüklər, kişilər arasında cütlüklər)
Basketbol 3×3: Niamh Duyer, Qreyn Duyer, Süzan Makuaya, Orla O’Reyli
Qadınlar arasında boks: Keti Teylor (60 kq), Mişel Uolş (54 kq), Keyr Smit (51 kq)
Cüdo: Eoin Fleminq (kişilər arasında 73 kq)
Karate: Karen Dolfin (qadınlar arasında kata)
Atıcılıq: Derek Börnett (Trap fənni üzrə stendə)
Qadınlar arasında triatlon: Ailin Reyd
Kişilər arasında triatlon: Rassell Uayyt, Aaron O’Brien
Kişilər arasında sərbəst güləş: Aleks Dolli (84 kq), Soslan Tuaev (74 kq)